Bakı. Trend:
Mətbəx duzundan həddən artıq istifadə məməli heyvanlarda bağırsaq mikroflorasına mənfi təsir edir.
Trend-in məlumatına görə, Almaniya, ABŞ və Belçikadan bir qrup alim bu qənaətə gəlib.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, tərkibində çoxlu duz olan qida ilə qidalanan siçanlarda "Lactobacillus murinus" bakteriyası azalıb. Bu bakteriyaların azalması heyvanlarda ensefalomielit və hipertenziya xəstəliklərinin yaranmasına səbəb olur.
İnsanlarda da duzun həddən artıq istifadəsi bakteriyaların azalmasına və hipertenziya ehtimalının artmasına səbəb olur.