...

AMEA əməkdaşları üçün yeni yaşayış kompleksi salınır - Sarayda

Cəmiyyət Materials 17 Noyabr 2017 11:30 (UTC +04:00)
Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması ilə bağlı uğurlu addımlar atılır.
AMEA əməkdaşları üçün yeni yaşayış kompleksi salınır - Sarayda

Bakı. İlhamə İsabalayeva – Trend:

Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması ilə bağlı uğurlu addımlar atılır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov təşkilatın VII qurultayında çıxışı zamanı deyib.

H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.

O əlavə edib ki, son illərdə AMEA əməkdaşlarını uçuz qiymətə kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışırlar. Bu prosesin getdikcə genişləndiriləcəyini deyən H.Qurbanov qeyd edib ki, Akademiya şəhərciyində bu məhsulların satışını təşkil etmək üçün mağaza açılması zərurəti yaranıb:

"Ümid edirəm ki, yaxın zamanlarda AMEA-nın İşlər İdarəsi ilə bu məsələni həll edəcəyik. Eyni zamanda, Akademiya əməkdaşları üçün poliklinikanın yaradılması da öz həllini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti