...

Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX açıqlandı (ÖZƏL)

Cəmiyyət Materials 17 Noyabr 2017 17:52 (UTC +04:00)
Bakıda alternativ televiziya qülləsinin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir
Bakıda yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX açıqlandı (ÖZƏL)

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakıda alternativ televiziya qülləsinin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.

Bu barədə özəl olaraq Trend-ə “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, alternativ televiziya qülləsinin istifadəyə verilməsi üzrə işlər demək olar ki, başa çatıb: “Hazırda biz lazımi avadanlığın tədarük olunmasını gözləyirik. Bu, yaxın zamanlarda baş verəcək. Alternativ televiziya qülləsi zərurət yaranacağı təqdirdə, məsələn efir məkanında profilaktika keçirilərkən işə salınacaq”.

Əvvəlcə alternativ televiziya qülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai radio yayımlanacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti