...

FIG prezidenti: Azərbaycan Gimnastika Federasiyasının sisteminə bir çox federasiyalar qibtə edə bilər (ÖZƏL)

Cəmiyyət Materials 29 Noyabr 2017 14:21 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası (AGF) dünyanın bir çox federasiyalarının qibtə edə biləcəyi sistemə malikdir.
FIG prezidenti: Azərbaycan Gimnastika Federasiyasının sisteminə bir çox federasiyalar qibtə edə bilər (ÖZƏL)

Bakı. Gülqız Muradova, Ənvər Məmmədov - Trend:

Azərbaycan Gimnastika Federasiyası (AGF) dünyanın bir çox federasiyalarının qibtə edə biləcəyi sistemə malikdir.

Bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe deyib.

M.Vatanabe bu il 15 illiyini qeyd edən AGF-nin fəaliyyətini və infrastrukturunu yüksək qiymətləndirib: “Gimnastika arenası, təhsil mərkəzləri, idmançı və məşqçi heyəti üçün evlər, bir sözlə, gimnastika üçün lazım olan hər şey var. Həmçinin dövlət gimnastikanın inkişafına güclü dəstək verir. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Azərbaycan Gimnastika Federasiyasının FIG-nin dəstəyinə ehtiyacı yoxdur”.

O bildirib ki, AGF tərifəlayiq fəaliyyəti olan federasiyaların siyahısına daxil edilib: “2017-ci ildə ən fəal federasiyalara gəldikdə, bunlar Azərbaycanın və Portuqaliyanın gimnastika federasiyaları olub”.

Azərbaycanda keçirilən idman tədbirlərinin uğurlarından danışan M.Vatanabe vurğulayıb ki, Bakıda gözəl bazalar mövcuddur, yarışların təşkili səviyyəsi isə qüsursuzdur: "Biz sizin möhtəşəm qonaqpərvərliyinizi də qiymətləndiririk".

Qeyd edək ki, 2018-ci ildə Bakıda gimnastika üzrə bir sıra tədbirlər keçiriləcək. Gələn il Bakıda müxtəlif gimnastika növləri üzrə Dünya Kuboku mərhələləri, eləcə də Buenos-Ayresdə keçiriləcək Gənclərin Olumpiya Oyunlarına təsnifat yarışı baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti