...

Mariana Vasileva: Fərid Qayıbovun UEG-in prezidenti seçilməsi göstərdi ki, Avropa Azərbaycanın liderliyinə inanır (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2017 19:53 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi - ilk növbədə Azərbaycanın qələbəsidir
Mariana Vasileva: Fərid Qayıbovun UEG-in prezidenti seçilməsi göstərdi ki, Avropa Azərbaycanın liderliyinə inanır (FOTO)

Split. Zaur Mustafayev - Trend:

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti postuna seçilməsi - ilk növbədə Azərbaycanın qələbəsidir.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

O bildirib: "Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bizə göstərdikləri dəstəyə və inama, Azərbaycanın kifayət qədər güclü ölkə olmasına və Avropa ölkələrinin başında durmasına inanmağa imkan verdiklərinə görə ürəkdən təşəkkür etmək istəyirəm. Bizdə gimnastikanın inkişafı üçün gözəl şərait var və mən düşünürəm ki, məhz bu, Fərid Qayıbovun UEG-in prezidenti vəzifəsinə seçilməsinə kömək etdi".

Onun sözlərinə görə, bu seçim göstərdi ki, Avropa Azərbaycanın liderliyinə inanır: "İndi ümidləri və ölkəyə göstərilən etimadı doğrultmaq lazımdır. Mən düşünürəm ki, bu, Azərbaycan gimnastikasının və ümumiyyətlə Azərbaycan idmanının gələcək inkişafına təkan verəcək ki, biz irəli və yalnız irəli gedək".

M.Vasileva qeyd edib ki, Fərid Qayıbov artıq 15 ildir ki, Azərbaycan Gimnastika Federasiyasında fəaliyyət göstərir və onun böyük yarışların təşkilində, keçirilməsində kifayət qədər böyük təcrübəsi var: "O, 2018-ci ilin yanvar ayında UEG prezidenti vəzifəsinə rəsmən başlayandan sonra bu təcrübəni Avropaya da gətirəcək. Avropa gimnastikası və təşkilatın bütün 50 üzv ölkəsi göstərəcəklər ki, Avropa dünyada ən güclü və vahid qitə kimi qələbə qazanmağa qadirdir. Mən hesab edirəm ki, Azərbaycan o qədər populyar olub ki, nəinki Avropada, hətta bütün dünyada tanınır, o cümlədən idman sayəsində. Bu, Milli Olimpiya Komitəsinin Prezidenti, Azərbaycan Prezidenti İlham Əliyevin səyləri nəticəsində mümkün olub. Bu, çox vacibdir, çünki idman gələcəkdir. Əlbəttə Avropa Oyunları və IV İslam Həmrəylik Oyunlarının təşkilat komitələrinə rəhbərlik edən Birinci vitse-prezident Mehriban Əliyevanın da rolu böyükdür. Birinci vitse-prezident Mehriban Əliyeva bununla göstərdi ki, Azərbaycanda xanımlar həm Avropa, həm də İslam Oyunları keçirə bilərlər və idmanın başında ola bilərlər. Mehriban Əliyevaya və Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova Fərid Qayıbova və bizə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Biz bu etimadı doğrultmağa çalışacağıq".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Xəbər lenti

Xəbər lenti