Bakı. Trend:
Dekabr ayının 20-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşri çapdan çıxıb.
Trend-in məlumatına görə, oxucular qəzetin yeni sayında “Aqro parklar xarici bazarlara etibarlı girişi təmin edəcək”, “Qeyri-neft sektorunda mebel sənayesinin perspektivi danılmazdır”, “Bərdə turistlərin sevimli istirahət məkanına çevrilir”, “Azərbaycan modelləri Fransada mükafatlara layiq görülüb” haqqında və digər məqalələrlə tanış ola bilərlər.
"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.
Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.