379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb (FOTO)

379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Süd vəzisi xərçənginin profilaktikası üzrə sağlamlıq həftələri ərzində 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentlikdən Trend-ə verilən məlumata görə, bu, Agentlik tərəfindən pilot ərazilərdə - Mingəçevir şəhərində və Yevlax rayonunda oktyabr-dekabr ayları ərzində “Sabaha sağlam addımla” şüarı altında təşkil edilən sağlamlıq həftələrində aparılmış müayinələrdə bəlli olub.

Həftələr çərçivəsində tibbi müayinələr pilot ərazilərdə fəaliyyət göstərən 7 Ailə Sağlamlıq Mərkəzlərində aparılıb. Sağlamlıq həftələri çərçivəsində müayinələrdən keçənlərin sağlamlıq vəziyyətini və müalicə-profilaktik tədbirlərin səmərəliliyini qiymətləndirmək məqsədilə hazırlanan registr sisteminin məlumatları təhlil edilib.

Ümumilikdə, sağlamlıq həftələri çərçivəsində, açılış mərasimi daxil olmaqla 19651 nəfər müayinələrə cəlb olunub. Onlardan 442 nəfəri sağlamlıq həftələrinin açılış mərasiminin, 552 nəfəri süd vəzisinin xərçəngi, 197 nəfəri prostat vəzi xəstəlikləri, 9519 nəfəri skolioz, 2314 nəfəri şəkərli diabet və sağlam qidalanma, 2804 nəfəri hipertoniya və sağlam qidalanma, 2674 nəfəri xolesterin və sağlam qidalanma, 1149 nəfəri isə tütün çəkmə ilə mübarizə üzrə sağlamlıq həftələrinin iştirakçıları olublar.

Müraciət edən vətəndaşların yaş qrupları üzrə bölgüsünə gəldikdə 10084 nəfər 0-15 yaş, 1004 nəfər 16-25 yaş, 1517 nəfər 26-35 yaş, 1604 nəfər 36-45 yaş, 2023 nəfər 46-55 yaş, 2989 nəfər 56-70 yaş arasında, 430 nəfər isə 70 yaşdan yuxarı şəxslər olublar. Müraciət edənlərin tibbi müayinələrdən keçmə tezliyinə görə bölgüsü aşağıdakı kimidir: 3830 nəfər son 1 ay, 2016 nəfər son 3 ay, 1263 nəfər son 6 ay, 857 nəfəri son 1 il, 821 nəfər isə son 3 il ərzində tibbi müayinədən keçib. 3-5 il ərzində müayinələrdən keçənlərin sayı 572 nəfər təşkil edib. 773 nəfər sonuncu dəfə tibbi müayinədə 5 və daha çox il öncə olub. Skoliozun profilaktikası üzrə sağlamlıq həftələri çərçivəsində (9519 nəfər iştirak edib) müayinələr əsasən orta məktəblərdə (Yevlax rayonu ərazisində 33 məktəb) keçirildiyindən iştirakçıların müayinə tezliyi haqqında məlumat əldə edilməyib.

Ümumilikdə, 18664 nəfər ailə həkimlərinin, 941 nəfər isə ixtisas həkimlərinin qəbulunda olub. Sağlamlıq həftələrinin açılış mərasimində həkim qəbulunda olmamış, yalnız çəki və boylarının ölçülməsi, qanda şəkərin miqdarını müəyyən etmək üçün müraciət edənlərin sayı 46 nəfər təşkil edib. Sağlamlıq həftələrinin açılış mərasimində aparılmış müayinələr zamanı müraciətçilər arasında bir sıra patologiyaların ilkin əlamətləri ilk dəfə olaraq aşkar edilib. 29 nəfərdə hipertoniya xəstəliyinin ilkin əlamətləri, 5 nəfərdə süd vəzisi, 18 nəfərdə müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar, 14 nəfər bir yaşınadək körpədə erkən raxit əlamətləri, 26 körpədə isə çəki ilə əlaqədar problemlər aşkar edilib. Süd vəzisi xərçənginin profilaktikası üzrə sağlamlıq həftələri ərzində 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb.

Prostat vəzi xəstəliklərinin profilaktikası üzrə sağlamlıq həftələrində sidik-cinsiyyət sistemindən şikayətlərlə bağlı müraciət etmiş şəxslərin 110-da erkən mərhələdə müxtəlif xəstəliklər (prostatit, uretrit, prostat vəzin adenoması, sistit, pielonefrit və s.) aşkar edilib. Skoliozun profilaktikası üzrə sağlamlıq həftələrində 567 nəfərdə skolioz, 16 nəfərdə kifoz, 4 nəfərdə müxtəlif dərəcəli onurğa deformasiyaları, 100 nəfərdə 1-ci dərəcəli skolioz, 79 nəfərdə isə skolioza meyillilik olduğu müəyyən edilib.

Şəkərli diabet xəstəliyi və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 778 nəfərin 2-ci tip şəkərli diabet xəstəsi olduğu təsbit edilib. Ailə həkimləri tərəfindən 123 nəfərdə 2-ci tip şəkərli diabet xəstəliyi erkən aşkarlanaraq xəstələrin müvafiq müalicəyə başlaması təmin edilib. Hipertoniya və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 984 nəfərin hipertoniya xəstəsi olduğu müəyyən edilib, 226 nəfərdə isə hipertoniya xəstəliyi ilkin aşkarlanıb.

Xolesterin və sağlam qidalanmaya həsr olunmuş sağlamlıq həftələrində 383 nəfərdə isə qanda xolesterinin miqdarının yüksək olduğu (hiperxolesterinemiya) müəyyən edilib. 35 müraciətçidə xolesistit (öd kisəsinin iltihabı), hepatosteatoz (qaraciyər piylənməsi), meteorizm (köp) əlamətləri müşahidə edilmiş və müvafiq tövsiyələr verilib. Tütün çəkmə ilə mübarizəyə həsr olunmuş sağlamlıq həftələrində 26 nəfərdə kəskin bronxit, 95 nəfərdə xroniki bronxit, 9 nəfərdə isə ağciyərlərin xroniki obstruktiv xəstəliyi müəyyən edilib.

Müayinədən keçən 4006 nəfərdə ilkin xəstəliklər və patologiyalar aşkar olunmuş və onların müvafiq müalicəyə başlaması təmin edilib. Aşkar olunan xəstəliklərdən böyüklər arasında ən çox süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr, diabet, hipertoniya, yeniyetmələrdə isə skolioz kimi xəstəliklər üstünlük təşkil edir.

Ailə həkimləri tərəfindən sağlamlıq həftələrinin iştirakçılarının hər birinə xəstəliklərin profilaktikası və ilkin əlamətləri, sağlam həyat tərzinə və sağlam qidalanmaya dair tövsiyələr verilmiş və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış aşağıdakı maarifləndirici çap materialları paylanıb.

Sağlamlıq həftələri çərçivəsində əhalinin ixtisaslı tibbi müayinələrə əlçatanlığının təmin edilməsi, xəstəliklərin erkən aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Onkologiya Mərkəzi (MOM) ilə birlikdə 10-12 oktyabr 2017-ci il tarixində Yevlax şəhər ASM-in ərazisində yerləşdirilmiş MOM-un Mobil Diaqnostik Kompleksində müayinələr təşkil edib. Kompleksdə ginekoloq, mammoloq, onkoloq, uroloq, radioloq, endokrinoloq və LOR həkim konsultasiyaları verilib, rentgenoqrafiya, mammoqrafiya və ultrasəs müayinələri aparılıb.

3 gün ərzində davam edən müayinələr ərzində 482 nəfərə xidmət göstərilmişdir və ümumilikdə 1404 müayinə aparılıb. 88 nəfər mammoqrafiya, 77 nəfər rentgenoqrafiya, 298 nəfər isə ultrasəs müayinəsindən keçib. Bu müayinələr zamanı 8 nəfərdə süd vəziləri, 24 nəfərdə qadın cinsiyyət üzvləri (uşaqlıq, uşaqlıq boynu, yumurtalıq və s.), 4 nəfərdə qalxanabənzər vəzi ilə bağlı patologiyalar və yenitörəmələr qeydə alınıb. Müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar isə 10 nəfər vətəndaşda təyin edilib.

Əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sağlamlıq həftələri çərçivəsində cari ildə 2 dəfə Yevlax rayonunda və Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində çalışan ailə həkimlərinin şəkərli diabet xəstəliyinə dair bilik və bacarıqlarını təkmilləşdirmək üçün 2 dəfə, tənəffüsün həcmi və sürətinin təyini - spirometriyadan istifadə qaydalarına dair isə 1 dəfə təlim təşkil edib.

Tütünlə mübarizə üzrə sağlamlıq həftələri ərzində isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində təhsil alan tələbələr üçün maarifləndirici aksiya da təşkil edilib.

Sağlamlıq həftələrinin həyata keçirilməsində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, sakinlərin sağlamlığının qorunması və maarifləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, ilkin səhiyyə xidmətinin, ailə həkimi institutunun inkişafı və möhkəmləndirilməsi olub.

Bitkoinin qiyməti 60 min dolları keçib
Bitkoinin qiyməti 60 min dolları keçib
Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır
Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir
Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir
Loading Bars
Xəbər lenti
Afrikada koronavirusdan ölənlərin sayı 215 mini ötüb
Britaniya Türkiyə PUA-ları ilə maraqlanır
İspaniya La Liqası: "Barselona" "Valensiya"ya qalib gəldi
Azərbaycanın cüdo komandası "Böyük dəbilqə"ni 4-cü pillədə tamamlayıb
Albaniyada zəlzələ olub
Türkiyədə son sutkada koronavirusdan 24 403 nəfər sağalıb
Fransada aralarında ermənilərin olduğu transmilli cinayətkar şəbəkə ifşa edilib
Fransanın səfiri Minskin tələbi ilə Belarusu tərk edib
Əfqanıstanda yaşayış evinin damı çöküb, ölənlər var
“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə "dudl" həsr edib
Zəfər xronikası 18 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağının qaldırıldığını açıqlayıb (VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr
Almaniyada helikopter qəzaya uğrayıb
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib
ABŞ-da universitet ərazisində atışma olub, ölən və yaralananlar var
Britaniyada koronavirusa 45 mindən çox yeni yoluxma halı qeydə alınıb
Bərdədə ağır yol qəzası baş verib: 5 nəfər yaralanıb
Birinci vitse-prezident Mehriban Əliyeva: Uca Tanrı bütün əsgər və zabitlərimizi qorusun! (FOTO)
Londonda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar bilbordlarda məlumat yerləşdirilib
Cüdoçularımız Avropa kuboku yarışında 2 medal qazanıblar
Gənclər Gəncə terrorunun qurbanlarını yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev: Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi
Prezident İlham Əliyev: Otuz il əziyyət içində yaşamış köçkünləri maksimum qısa müddətdə doğma torpaqlarına qaytaracağıq
Prezident İlham Əliyev: Heydər Əliyev qoymadı ki, Naxçıvanda Sovet İttifaqının saxlanmasına dair referendum keçirilsin
Prezident İlham Əliyev: 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Prezident İlham Əliyev: Milli bayramlarımızla bağlı düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur
Prezident İlham Əliyev: Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb
Füzuli Memorial Kompleksinin layihələndirilməsi və tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev: Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır
Son sutka ərzində Azərbaycanda 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib
Prezident İlham Əliyev: Keçmiş köçkünlərin öz doğma torpaqlarına qaytarılacağı günü böyük dərəcədə yaxınlaşdırmışıq
Prezident İlham Əliyev: “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər (FOTO)
Prezident İlham Əliyev: Füzulidə icra edilən layihələr bizim həm niyyətimizi, həm potensialımızı göstərir
Prezident İlham Əliyev Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar
Prezident İlham Əliyev Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub
Prezidenti İlham Əliyev Füzulidə avtomobil yolunun və yeni “ağıllı kənd”in təməllərini qoyub (FOTO)
Prezident İlham Əliyev: Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik
Gənclər Fondunun dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində növbəti təlim keçirilib
Prezident İlham Əliyev: Füzuliyə gələn hər bir insan erməni vəhşiliyini görür və bunu artıq heç kim inkar edə bilməz
Prezident İlham Əliyev: Bu şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaq
Prezident İlham Əliyev: Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı
Prezident İlham Əliyev: Füzuli nəzarətimizə keçəndən sonra Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı
Prezident İlham Əliyev: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi
Prezident İlham Əliyev: 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar (FOTO/VİDEO)
Güllə daraqları məni ölümdən xilas etdi - Vətən müharibəsi qazisi
Ukrayna Ali Radasının nümayəndə heyətinin işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri başlayıb
Prezident İlham Əliyevin son Sərəncamı əhalinin rifahını daha da yüksəldilməsini nəzərdə tutur - Tamam Cəfərova
Dövlət başçısının sərəncamı yeni sosial paket hesab edilə bilər - Aydın Hüseynov
İranda koronavirusdan ölənlərin sayı 124 min nəfəri keçib
İranda qida təhlükəsizliyi ilə əlaqədar ciddi addımlar atılmalıdır - İranın Səhiyyə Nazirliyi
Gəncə terroru Azərbaycanı təxribata çəkmək üçün törədilib - ukraynalı deputat
İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb (FOTO)
Ukraynalı deputatlar Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dinc insanların həlak olduğu əraziyə baş çəkiblər (FOTO)
Samuxda “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir
Müstəqillik dövrünün ən böyük uğuru Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın azad edilməsidir - Rauf Əliyev
Azərbaycanın canlı əfsanəsi İsfar Sarabskinin rəhbərliyi altında trionun Avropa turnesi çərçivəsində ilk konserti keçirilib (FOTO/VİDEO)
Sabah Bakıda 21 dərəcə isti olacaq
Milli gücün nəyə qadir olduğunu dünyaya göstərdik – Bahar Muradova “Sahil Kərimli ilə Aktual” layihəsində (VİDEO)
Əməkhaqqı və pensiyalarla bağlı sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır – Deputat
Goranboyda karantin qaydalarını pozan şadlıq evi rəhbərliyi məsuliyyətə cəlb olunub
Vərəm xəstələri arasında koronavirusa yoluxma hansı səviyyədədir? - AÇIQLAMA
Türkiyədə kursda iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib
Bakının bu ərazilərində içməli suyun verilişində məhdudiyyət olacaq
Qubada ağır yol qəzası baş verib, ölənlər var
Ölümcül xəstə uşağın atası onun üçün dərman yaradıb
Hindistanda leysan yağışları nəticəsində ölənlərin sayı artıb
Düşmənin 30 illik istehkamları bir neçə günə necə darmadağın edildi? - Füzuli fatehləri Trend TV-yə danışıb (VİDEO)
ABŞ-da snayper tüfəngli robot it yaradılıb
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib
ABŞ-da gecə şənliyi zamanı atışma olub, 3 nəfər yaralanıb
İtaliyada bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Bütün xəbərlər