...

UNEC 2017-ci ili belə yola salır: Müəllimlərlə tələbələrin unudulmaz tanqosu (FOTO)

Cəmiyyət Materials 28 Dekabr 2017 11:38 (UTC +04:00)
UNEC SABAH Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə IV “Vyana balı” keçirib.
UNEC 2017-ci ili belə yola salır: Müəllimlərlə tələbələrin unudulmaz tanqosu (FOTO)

Bakı. Trend:

UNEC SABAH Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə IV “Vyana balı” keçirib.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, ənənəvi olaraq hər ilin sonunda keçirilən tədbirin məqsədi dünya mədəniyyəti, rəqs və musiqilərini SABAH tələbələrinin ifasında təqdim etməkdir. “Vyana balı” SABAH tələbələrinin imtahanqabağı motivasiyasında da mühüm rol oynayır.

Bu il “Fairmont Baku” otelində təşkil olunan balın bir özəlliyi də tədbirdə tələbələrlə birlikdə SABAH-ın ilk məzunları və müəllimlərin iştirakı olub. Müəllimlər tələbələr üçün xüsusi olaraq hazırladıqları “Yeni il” mahnısını ifa ediblər. Rəqs gecəsində müəllimlərlə tələbələrin tanqo rəqsi də xüsusi maraqla qarşılanıb.

Rəqslərin quruluşçusu UNEC SABAH Mərkəzinin IV kurs tələbəsi Cavid Hacıyevdir. “Vyana balı”nın təşkilatçıları isə məzun Sadiq Əsgərov ilə IV kurs tələbəsi İlkin Rüstəmzadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti