...

Azərbaycandakı ailələrin sayı açıqlandı

Cəmiyyət Materials 29 Dekabr 2017 11:53 (UTC +04:00)
Hazırda Azərbaycanda 2 milyon 84 mindən çox ailə var.
Azərbaycandakı ailələrin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda Azərbaycanda 2 milyon 84 mindən çox ailə var.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, ölkədə ömrünün 50, 60 və daha çox müddətini bir yerdə yaşayan yüzlərlə uzunömürlü ailələr var:

“Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. Bu, bir dövlət siyasətidir. Lakin qeyd etmək lazımdır ki, bir çox problemlər hələ də öz aktuallığını saxlayır. Ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilik bazası yaradılıb. Lakin mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirmə işlərinin aparılması vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti