...

39 bölgədə 10-cu sinif şagirdləri üçün ingilis dili üzrə imtahan keçiriləcək

Cəmiyyət Materials 15 Yanvar 2018 12:01 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 16-da respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək.
39 bölgədə 10-cu sinif şagirdləri üçün ingilis dili üzrə imtahan keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 16-da respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

İmtahanlar 39 şəhər və rayonda - Babək, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Qax, Oğuz, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Kürdəmir, Zərdab, Ağdaş, İsmayıllı, Ağsu, İmişli, Beyləqan, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Astara, Masallı, Quba, Xaçmaz və Siyəzəndə ümumtəhsil müəssisələrinin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçiriləcək.

Qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 170 məktəb əhatə olunacaq. İmtahanda Azərbaycan bölməsi üzrə 5454, rus bölməsi üzrə 392 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00-da başlayacaq və 1 saat 30 dəqiqə davam edəcək.

İmtahanın ilk 1 saat 10 dəqiqəsi sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqların yerinə yetirilməsinə, son 20 dəqiqəsi isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılır.

Qeyd edək ki, DİM tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilir. Bunun üçün DİM tərəfindən xüsusi hazırlıq işləri həyata keçirilmiş, lazımi avadanlıqlar – audio qurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti