...

Ötən il Azərbaycanda 57 mindən çox toy olub

Cəmiyyət Materials 17 Yanvar 2018 15:04 (UTC +04:00)
2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb.
Ötən il Azərbaycanda 57 mindən çox toy olub

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin 11 ayı ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 57177 nikah qeydə alınıb.

Trend-in məlumatına görə, qeydə alınmış boşanma hallarının sayı isə 13345 təşkil edib. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, bundan öncə Azərbaycanda 2017-ci ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 12191 təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti