...

Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2018 18:31 (UTC +04:00)
Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)

Bakı. Trend:

Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin 28-ci anım mərasimini qeyd ediblər.

Agentlikdən Trend-ə verilən məlumata görə, öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov çıxış edərək bildirib ki, keçmiş Sovet ordusunun xüsusi təyinatlılarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Xalqın çətin anında yalnız ulu öndər Heydər Əliyev Russiyanın paytaxtı Moskva şəhərində mətbuat konfransı təşkil etdi, qanlı faciəni dünya ictimaiyyətinə çatdırdı və onunla bağlı bəyanət verdi. A.İbadov bildirib ki, məhz Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi qiymət verilib. Bu gün də 20 Yanvar şəhidlərinin xatirəsi Prezident İlham Əliyev tərəfindən əziz tutulur, dövlət tərəfindən şəhid ailələrinə layiqincə diqqət göstərilir.

Daha sonra Millət vəkili, professor Musa Qasımlı çıxış edərək 20 Yanvar 1990-cı ilin Azərbaycanın müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu söyləyib.

Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi İmmiyə Zamanova çıxışında, uşaqlıq dövrü 1990-cı illərə təsadüf edənlərin Bakıda baş verən bu qanlı hadisəni hec vaxt unutmayacağından danışıb.

Daha sonra tədbir iştirakçılarına 20 Yanvar şəhidlərinə həsr olunmuş film təqdim olunub.

Xəbər lenti

Xəbər lenti