...

Azərbaycanda qanın bədxassəli xəstəliyi diaqnozu qoyulmuş uşaqların sayı açıqlanıb

Cəmiyyət Materials 7 Fevral 2018 11:25 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Hazırda qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir.

Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, hazırda Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda 27 523 nəfər qan xəstəlikləri dispanser qeydiyyatındadır:

"Keçən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 603 nəfəri böyük, 84-ü isə uşaqdır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb".

Z.Əlimirzəyeva bildirib ki, hazırda Azərbaycanda dispanser qeydiyyatda olan hemoblastozlu xəstələrin sayı 2233 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti