...

Milli Oftalmologiya Mərkəzi Dövlət İqtisad Universitetində humanitar aksiya keçirib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2018 09:48
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Dövlət İqtisad Universitetində humanitar aksiya keçirib.
Milli Oftalmologiya Mərkəzi Dövlət İqtisad Universitetində humanitar aksiya keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycan Dövlət İqtisad Universitetində humanitar aksiya keçirib.

Mərkəzin Elmi teşkilati bölmənin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Trend-ə bildirib ki, aksiyada 150-dən çox tələbə və müəlim heyəti müayinə olunub.

Aksiyanın keçirilməsində məqsəd tələbə və müəllimlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir:

“Səyyar klinika 2012-ci ildən 2017-ci ilədək Azərbaycanın 17 ali təhsil müəssisəsinin tələbələri və bir sıra orta məktəb şagirdlərinin arasında tədqiqatları keçirib. Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Artıq Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atıb. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Mərkəzin pasientlərə regionlarda səyyar xidmət göstərməsi isə geniş yayılır”.

Xəbər lenti

Xəbər lenti