...

“Azərsun Holdinq”ə məxsus markalar xanım sürücülərə təqdim olunub (FOTO)

Cəmiyyət Materials 8 Mart 2018 15:45 (UTC +04:00)

Bakı. Trend:

Daim müxtəlif sosial və mədəni aksiyaların reallaşdırılmasına dəstək verən “Azərsun Holdinq”ə məxsus “Bizim Süfrə, “Super Sun” və “Bizim Tarla” markaları bu dəfə 8 mart münasibətilə Dövlət Yol Polisi ilə birgə xanım sürücüləri sevindirib.

Trend-in məlumatına görə, Yol Polisinin rəhbər heyəti və adıçəkilən markaların nümayəndələri qadın sürücülərə hər kəs tərəfindən çox sevilən “Bizim Süfrə” sous və “Bizim Tarla” ilə “Super Sun” markalarına məxsus konserv məhsullarından ibarət hədiyyə dəstləri təqdim ediblər.

Layihə çərçivəsində xanımlara ümumilikdə 100-dən artıq hədiyyə təqdim olunub ki, bu da onlar tərəfindən sevinclə qarşılanıb.

“Azərsun Holdinq”ə məxsus müəssisələrdə istehsal edilən bu məhsullar ən yüksək keyfiyyət göstəricilərinə sahibdirlər və istehlakçılar tərəfindən çox yüksək qiymətləndirirlər.

Qeyd edək ki, “Bizim Süfrə, “Super Sun” və “Bizim Tarla” markaları Beynəlxalq Qadınlar Günündə müxtəlif tədbir və aksiyalarda da yaxından iştirak edərək xanımların bu bayramı yüksək səviyyədə qeyd etməsinə öz töhfəsini verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti