...

Axtarışda olan 23 nəfər saxlanıldı

Cəmiyyət Materials 17 Mart 2018 08:55 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılıb
Axtarışda olan 23 nəfər saxlanıldı

Bakı. Samir Əli - Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılıb.

Trend-ə DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti