...

Rusiyada ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur (YENİLƏNİB)

Cəmiyyət Materials 26 Mart 2018 11:25 (UTC +04:00)
Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Rusiyada ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur (YENİLƏNİB)

İlk xəbər saat 10:52-də yayılıb

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycannın Rusiyadakı səfirliyinə verilən ilkin məlumata əsasən, ticarət mərkəzindəki yanğında ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.

X X X

10:52

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.

Qeyd edək ki, 4 mərtəbəli "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti