...

Allahşükür Paşazadə Rusiya xalqına başsağlığı verib

Cəmiyyət Materials 28 Mart 2018 12:36 (UTC +04:00)
Allahşükür Paşazadə Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğında çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Allahşükür Paşazadə Rusiya xalqına başsağlığı verib

Bakı. Samir Əli - Trend:

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğında çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Trend-in məlumatına görə, A.Paşazadə bu hadisənin, xüsusən də yanğın vaxtı çox sayda uşağın ölümünün onu sarsıtdığını bildirib: "İnanıram ki, gələcəkdə bu kimi hadisələr baş verməyəcək".

Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həlak olub. Bu gün zərəçəkənlərin sayının isə 76-ya çatdığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti