...

Nazir müavini: İraqdakı azərbaycanlı uşaq və qadınların qaytarılması ilə bağlı müzakirələrə hazırıq

Cəmiyyət Materials 6 Aprel 2018 15:36 (UTC +04:00)
İraqda olan azərbaycanlı uşaq və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq.
Nazir müavini: İraqdakı azərbaycanlı uşaq və qadınların qaytarılması ilə bağlı müzakirələrə hazırıq

Bakı. Elçin Mehdiyev - Trend:

İraqda olan azərbaycanlı uşaq və qadınların Azərbaycana qaytarılması ilə bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, müzakirələr keçirməyə hazırıq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İraq xarici işlər nazirinin müavini Said Şorş Xalid deyib.

Nazir müavini qeyd edib ki, bir çox ölkələrə uşaqların qaytarılmasında kömək ediblər:

"Məsələn, Rusiyaya İraqda qalan 27 uşağın qaytarılmasında kömək etmişik. Azərbaycanla da müzakirələrə hazırıq və onların geri qaytarılması ilə bağlı müvafiq qərar qəbul edə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti