...

Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov finala vəsiqə qazandı (YENİLƏNİB)

Cəmiyyət Materials 14 Aprel 2018 17:00 (UTC +04:00)
Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov Bakıda keçirilən batut gimnastikası üzrə Avropa çempionatının sinxron hərəkətlərdə finalına yüksəlib.
Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov finala vəsiqə qazandı (YENİLƏNİB)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanlı gimnastlar İlya Qrişunin və Ruslan Ağamirov finala vəsiqə qazanıb.

Trend-in məlumatına görə, İlya Qrişunin və Ruslan Ağamirov Bakıda keçirilən batut gimnastikası üzrə Avropa çempionatının sinxron hərəkətlərdə finalına yüksəlib.

Təsnifatlandırmanın nəticələrinə uyğun olaraq azərbaycanlı gimnastlar 89, 425 bal toplayıb.

Finala həmçinin rus cütlüyü Mixail Melnik və Sergey Azaryan, belaruslu gimnastlar Vladislav Qonçarov və Oleq Ryabçov, portuqal gimnastlar Dioqo Qançinyo və Dioqo Abreu, Fransadan olan Alan Buatu və Yosua Farrux, ukraynalı gimnastlar Dmitro Sobakar və Anton Davıdenko, isveçli Maans Aaberq və Conas Nordfors cütlüyü, eləcə də, Polşadan olan Artur Zakrjevski və Lukaş Javorski çıxıb.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti