...

ŞAD XƏBƏR! Bakı metrosunun yeni qatarı SABAHDAN xəttə buraxılacaq

Cəmiyyət Materials 20 Aprel 2018 18:28 (UTC +04:00)
Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq
ŞAD XƏBƏR! Bakı metrosunun yeni qatarı SABAHDAN xəttə buraxılacaq

Bakı. Samir Əli - Trend:

Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq. Buunu Trend-ə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev deyib ki, qatarın Rusiyadan gələn mütəxəssislərlə bərabər yerli mütəxəssislər tərəfindən fəaliyyətə hazırlanması prosesi artıq yekunlaşıb: "Avadanlıqlar quraşdırılıb, sazlanma işləri də aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir.

N.Paşayev qeyd edib ki, yeni qatarların istismar müddəti təxminən 31 ildir.

Onun sözlərinə görə, bu qatarların daha bir özəlliyi - hər bir vaqonunda 16 USB portu var, vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər.

Xəbər lenti

Xəbər lenti