...

Yeni nazir: Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu da əsaslı təmir olunacaq

Cəmiyyət Materials 25 Aprel 2018 11:56 (UTC +04:00)
Son illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ali təhsil müəssisəsi kimi cəmiyyətdəki nüfuzu artıb.
Yeni nazir: Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu da əsaslı təmir olunacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Son illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ali təhsil müəssisəsi kimi cəmiyyətdəki nüfuzu artıb.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazirin sözlərinə görə, son 4 ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbə qəbulu planı 67 faiz artıb: "Universitetin tələbə dolma faizi 100 faizə yaxın olub. Xarici dildə tədris aparan ixtisasların sayı 4-dən 19-a yüksəldilib".

C.Bayramov deyib ki, növbəti tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusu əsaslı təmir olunacaq.

O bunu da əlavə edib ki, müasir dünyada ölkələrin qüdrəti onların intellektual potensialı, insan resursları ilə seçilir. Bu baxımdan dövlət başçısı tərəfindən qəbul edilən Təhsilin Inkişafı üzrə Dövlət Strategiyası təhsilin elmə inteqrasiyasını, insan resurslarının artırılmasını nəzərdə tutur: "Azərbaycan Milli Elmlər Akademiyasında magistr təhsilin olması, AMEA alimlərinin ali məktəblərdə mühazirələr deməsi elmlə təhsilin inteqrasiyası baxımından görülən tədbirlərdəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti