...

Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçiriləcək

Cəmiyyət Materials 2 May 2018 12:21
Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək.
Bakıda Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, 229 nömrəli tam orta məktəbdə təşkil olunması nəzərdə tutulan tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.

Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunacaq. Eyni zamanda, sərgidə Ümummilli Lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işlərindən ibarət təqdimatlara geniş yer veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti