...

DİN nazirliyin elektron ödəniş sistemi ilə bağlı yaranmış problemə aydınlıq gətirib

Cəmiyyət Materials 3 May 2018 15:24 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) nazirliyin elektron ödəniş sistemi ilə bağlı yaranmış problemlə əlaqədar açıqlama verib.
DİN nazirliyin elektron ödəniş sistemi ilə bağlı yaranmış problemə aydınlıq gətirib

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) nazirliyin elektron ödəniş sistemi ilə bağlı yaranmış problemlə əlaqədar açıqlama verib.

DİN-dən Trend-ə verilən məlumata görə, son günlər Daxili İşlər Nazirliyinin “E-payment.mia.gov.az” və “E-xidmet.mia.gov.az” veb səhifələrinə daxil olmaqda yaranmış problemlə əlaqədar bildiririk ki, bu, DİN-in göstərdiyi xidmətlərin texniki nasazlığı ilə bağlı deyil:

"“Google Chrome” brauzeri 66-cı versiyadan başlayaraq “Symantec” şirkətinə məxsus və 2016-cı il iyun ayının 1-dən etibarən verilmiş təhlükəsizlik sertifikatlarını tanımayacağını bəyan edib.

“e-payment.mia.gov.az” və “e-xidmet.mia.gov.az” veb səhifələrində istifadə olunan təhlükəsizlik sertifikatı da yuxarıda adıçəkilən şirkətə məxsusdur.

Buna görə də, problem yalnız “Google Chrome”u ən son – 66-cı versiyasından istifadə edənlərdə müşahidə olunmaqdadır.

Bununla bağlı Daxili İşlər Nazirliyinin müvafiq qurumu texniki işləri davam etdirir. Ən qısa zamanda bu xidmətlərin fəaliyyəti “Google Chrome”da bərpa olunacaqdır".

Nazirlik qeyd edir ki, kompyuterlərdə digər brauzerlərdən, həmçinin mobil telefonlardan istifadə etdikdə qeyd edilən veb səhifələrə daxil olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti