...

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi yeni əməkdaşlıq formatına keçir

Cəmiyyət Materials 4 May 2018 11:00 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) “Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə 2019-2021-ci illərdə Azərbaycanda tədqiqat reaktorunun tikintisi layihəsi üzrə əməkdaşlığı yeni formatda davam etdirəcək.
Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi yeni əməkdaşlıq formatına keçir

Bakı. Hüseyn Vəliyev - Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) “Nüvə Tədqiqatları Mərkəzi” QSC ilə 2019-2021-ci illərdə Azərbaycanda tədqiqat reaktorunun tikintisi layihəsi üzrə əməkdaşlığı yeni formatda davam etdirəcək. Bunu Trend-ə “Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov deyib.

Onun sözlərinə görə, bu bəyanatla IAEA-nin baş direktoru Yukiya Amano QSC-də təşkil edilən görüşdə çıxış edib: "IAEA ilə nüvə tədqiqat reaktorunun tikintisi məsələsi üzrə əməkdaşlıq texniki sənədlərin hazırlanmasını və bu sahədə kadr potensialının artırılmasını nəzərdə tutur. Y.Amano hazırkı vəziyyət ilə və QSC-nin bu sahədə apardığı işlərlə tanış olub. Tədqiqat reaktorunun tikintisi ilə bağlı bütün sənədlər, strateji plan və texniki tapşırığın bir hissəsi artıq hazırlanıb. IAEA-nin baş direktoru qeyd edib ki, sənədlərin hazırlanması, eləcə də bu sahədə görülən işlər Beynəlxalq Atom Enerjisi Agentliyinin standartlarına və tələblərinə uyğun olmalıdır".

A.Qəribovun sözlərinə görə, danışıqlar zamanı Y.Amano qeyd edib ki, onun Azərbaycana səfəri zamanı tədqiqat reaktorunun tikintisi layihəsi yüksək səviyyədə müzakirə olunub. Bu məsələnin perspektiv üçün prioritet istiqamətlər sırasına daxil olması ilə əlaqədar IAEA bu layihə üzrə 2019-2021-ci illərdə Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir: "Bu, çox yaxşı mövqedir, çünki biz bu sahədə fəaliyyəti IAEA olmadan təsəvvür etmirik. Y.Amano bizim mütəxəssislərin hazırlıq səviyyəsi və kadr potensialı ilə də tanış olub. Belə ki, 16 əməkdaşımız IAEA-nin xətti ilə uzunmüddətli hazırlıq keçib və 3-ü işlərə tam hazırdır. Bundan əlavə, yüksək səviyyəli 3 mütəxəssis hazırda Dubnada (Rusiya) tədqiqat mərkəzində işləyir və onlar Azərbaycanda tədqiqat reaktorunun tikintisinə başlandıqdan sonra bizim mərkəzdə işlərə rəhbərlik etməyə tam hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti