...

Qaradağda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Cəmiyyət Materials 10 May 2018 18:43 (UTC +04:00)
Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.
Qaradağda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ulu öndərin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, “Ərzaq məhsullarının tədarükü və təchizat” ASC-nin sədri Əbülfət Qacayev, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə S.Mikayılov və Şura üzvləri ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, mərasimə toplanmış ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti