...

Heydər Əliyevin 95 illiyi müxtəlif ölkələrdə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 11 May 2018 17:46 (UTC +04:00)
Ümummilli ilder Heydər Əliyevin 95 illik yubileyi Belqrad, Haaqa, Sankt-Peterburq və Kişinyovda müxtəlif tədbirlərlə qeyd edilib.
Heydər Əliyevin 95 illiyi müxtəlif ölkələrdə qeyd edilib (FOTO)

Bakı. Trend:

Ümummilli ilder Heydər Əliyevin 95 illik yubileyi Belqrad, Haaqa, Sankt-Peterburq və Kişinyovda müxtəlif tədbirlərlə qeyd edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Belqradda Serbiya Milli Teatrında Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar konsert keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və birgə təşkilatçılığı baş tutan konsertdə Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyevin rəhbərliyi ilə azərbaycanlı və serb musiqiçilərdən ibarət musiqi qrupunun Serbiya Opera və Balet Teatrının orkestrinin müşayiəti ilə möhtəşəm konsert gecəsi təşkil edilib.

Moldovanın paytaxtı Kişineuda da ulu öndərin yubileyi münasibətilə ölkənin Milli Filarmoniyasının orqan zalında xatirə konserti təşkil edib. Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresi birgə təşkilatçılığı ilə keçirilən konsertdə Moldovada yaşayan həmyerlimiz, opera ifaçısı Gülnarə Ralyanu və başqaları çıxış ediblər. Milli Orkestrə Georgi Mustea dirijorluq edib. Konsertdə dünyanın məşhur bəstəkarlarının əsərləri səsləndirilib. Eyni zamanda, orqan zalının foyesində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən sərgi nümayiş etdirilib.

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlılar və şəhər ictimaiyyətinin nümayəndələri isə ümummilli liderin şərəfinə yaradılan xatirə lövhəsinin önündə toplaşaraq dahi şəxsiyyətin yubileyini qeyd ediblər. Lövhənin vurulduğu ünvanda vaxtilə Heydər Əliyevin 1949-1950-ci illərdə təhsil aldığı Dövlət Təhlükəsizliyi Nazirliyinin ali məktəbi yerləşib.

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan səfirliyinin binasında Heydər Əliyevin yubileyi münasibətilə Nizami Gəncəvi adına həftəsonu “Haaqa Azərbaycan məktəbi”nin müəllim və şagird heyəti ulu öndərə həsr olunmuş tədbir keçirib. Tədbir səfirliyin dəstəyi və “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə təşkil edilib. Çıxışlardan sonra ulu öndərin xatirəsinə həsr olunmus xüsusi dərsdə məktəbin şagirdləri kompozisiyalarını təqdim ediblər və ümummilli lider haqqında sənədli filmə baxıblar.

İtaliyada isə Neapol - Bakı Asossasiyasının həmsədri Elnur Camalxanov İtaliya mediasında məqalə ilə çıxış edib. “La Nostra Gazzetta”da dərc olunan “Müasir Azərbaycanın memarı” məqalədə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti