...

“Bakı Marafonu 2018”dən fotosessiya

Cəmiyyət Materials 13 May 2018 17:02 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur.
“Bakı Marafonu 2018”dən fotosessiya

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur.

Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

“Bakı Marafonu 2018” Dövlət Bayrağı Meydanından start götürüb və Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.

Kişilər arasında finişə ilk çatan ukraynalı İqor Olefirenko olub. İkinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu qazanıb.

Qadınlar arasında isə finişə birinci türkiyəli Fadime Çelik çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavska olub. İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova tamamlayıb.

Bu il Bakı marafonunda ilk dəfə olaraq fiziki imkanları məhdud şəxslər də iştirak edib. Onlar arasında da finişə çatanlar mükafatlandırılıb.

Finiş nöqtəsində - Bakı Olimpiya Stadionunda yaradılan fan zonasında müxtəlif əyləncə və musiqi proqramları təqdim olunub.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.

“Bakı Marafonu 2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkəti olub. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunub. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti