Bakı. Samir Əli - Trend:
Bu axşam paytaxtda bir neçə prospekt və körpüdə hərəkət məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai prospekti, Xətai prospektinin Heydər Əliyev prospektinə çıxan körpü və ətrafında, həmçinin Heydər Əliyev prospektindən Babək prospektinə çıxan körpü və ətrafında üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 14 may tarixində axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Tam məhdudlaşdırma həmin hissələrində olan körpü üzərlərində tətbiq olunacaq və hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək.
Digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.