...

Albaniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib

Cəmiyyət Materials 30 May 2018 11:06 (UTC +04:00)

Bakı. Trend:

Mayın 29-da Albaniya Prezidenti İlir Meta Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, qəbul zamanı Albaniya prezidentinə VI Qlobal Bakı Forumunun nəticələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, bu forum artıq dünya miqyasında tanınan nüfuzlu platformalardan birinə çevrilib.

Bildirilib ki, Forumda müzakirəyə çıxarılan məsələlər müasir dünya üçün olduqca aktual mövzulara həsr olunur. Prezident İlir Metaya VII Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər, Çin xalq respublikasında həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verilib.

Albaniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, təşkilatın həyata keçirdiyi layihələrin qlobal əhəmiyyətli problemlərin müzakirəsi üçün imkan yaratdığını bildirib. Qeyd edib ki, mərkəzin təşəbbüsləri bütün bəşəriyyət üçün aktuallıq kəsb edən mövzularla bağlı olur. O, mərkəzin beynəlxalq əlaqələrinin genişlənməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin gələcək fəaliyyəti, habelə Albaniyanın müvafiq təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Albaniya Prezidenti İlir Metanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə videomüraciəti də sosial şəbəkələrdə yayımlanıb. (https://www.facebook.com/NizamiGanjaviIC/videos/1641077802655504/?t=0)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti