Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda qeyd olunub (FOTO)

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində təntənəli qeyd olunub.

Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata əsasən, İslamabad şəhərinin Serena mehmanxanasında təşkil olunmuş və Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı Aviasiya Marşalı Mücahid Ənvər Xanın ali qonaq qismində qatıldığı rəsmi qəbulda, Pakistanın Pəncab əyalətinin qubernatoru, Pakistan Silahlı Qüvvələrinin bir sıra generalları, kontr admiralları, aviasiya vitse marşalları, digər yüksək rütbəli zabitləri, xarici ölkələrin Pakistanda akkreditə olunmuş səfirləri, hərbi attaşeləri, diplomatlar, dövlət və hökumət adamları, tanınmış ziyalılar, biznesmenlər, jurnalistlər və Pakistanda yaşayan azərbaycanlılar iştirak etmişdir.

Tədbirin keçirildiyi salon Azərbaycan və Pakistan bayraqları, Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycanın Umummilli Lideri və digər görkəmli şəxsiyyətlərinə aid, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini və Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları özündə əks etdirən fotoşəkillər və stendlərlə bəzədilmiş, cari ildə keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin banerləri və broşürləri də salonda yerləşdirilmişdir. Salonun mərkəzində qurulmuş böyük elektron monitorda Silahlı Qüvvələrimizin hazırki döyüş qabiliyyətini, maddi-texniki bazasını, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafını və turizm imkanlarını əks etdirən videoçarxlar təqdim olunmuşdur.

Salonun girişində hərbi attaşe polkovnik Mehman Novruzov tərəfindən yağlı boya ilə çəkilmiş Ulu Öndər Heydər Əliyevin portreti və Silahlı Qüvvələrimizin Ali Baş Komandanının portretləri, eləcə də 2016-cı ilin aprel döyüşləri nəticəsində düşmən işğalından azad olunmuş Lalə İlahi təpə və yeni Cocuq Mərcanlı kəndinin görüntülərini özündə birləşdirən kompozisiya rəsm əsərləri sərgilənmişdir.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan rəsmi qəbulda qonaqları salamlayan Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə bu il Azərbaycan Respublikası Prezidentinin sərancamına əsasən təntənəli şəkildə qeyd olunan Azərbaycan Demokratik Respublikasının və Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinin Azərbaycan tarixində əlamətdar tədbirlər olaraq yadda qalacağını və bu bayram tədbirlərinin Azərbaycana dost və qardaş ölkə olan Pakistanda keçirilməsinin də xüsusi əhəmiyyətinin olduğunu qeyd etmişdir. Səfir, tarix boyu bir çox çətinliklərlə qarşılaşmasına baxmayaraq, Azərbaycan xalqının dəstəyi və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bir çox nailiyyətlərə imza atdığını və hal-hazırda Cənubi Qafqazın ən güclü ordusu olduğunu qeyd etmişdir. Səfir səmərəli əməkdaşlıq və tərəfdaşlığa görə Pakistana və Pakistan Silahlı Qüvvələrinə də təşəkkürlərini bildirərək, Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə təbriklərini və iştirakçılara təşəkkürlərini çatdırmışdır.

Tədbirdə çıxış edən, Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi polkovnik Mehman Novruzov Silahlı Qüvvələrimizin yaranma tarixi və inkişaf yolundan danışmışdır. O, Azərbaycanın Demokratik Respublikası dövründə olduğu kimi, müstəqilliyin bərpasından sonra da Azərbaycanın erməni təcavüzü və terroru ilə üzləşdiyini, nəticədə 1988-93-cü illərdə əzəli torpaqlarımızın erməni işğalına məruz qaldığını qeyd etmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, bu qətnamələrin Ermənistan, eləcə də BMT TŞ-na daimi üzv olan ölkələr tərəfindən icra olunmadığı bildirən M.Novruzov Azərbaycan dövlətinin və xalqının Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlarının erməni terrorçuları tərəfindən mövcud işğalı faktı ilə heç vaxt barışmayacağını və Ali Baş Komandan – Prezident İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin nəticəsi olaraq işğal altında olan torpaqlarımızın azad ediləcəyi günün çox yaxında olduğunu vurğulamışdır. O, müasir silahlarla silahlanmış, peşəkar və vətənpərvər kadrlara sahib Azərbaycan ordusunun son nailiyyətləri, eləcə də Pakistanla əlaqələri haqqında da məlumat verərək iki ölkə arasında hərbi münasibətlərin dinamik inkişaf etdiyini qeyd etmişdir.

Tədbirdə çıxış edən Pakistanın Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Mücahid Ənvər Xan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və şəxsi heyətini, Azərbaycan dövləti və xalqını bu tarixi gün münasibətilə təbrik etmiş və təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğunun Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan ordusunun böyük inkişaf və nailiyyətlərə imza atdığını vurğulamışdır. Mücahid Ənvər Xan Pakistan-Azərbaycan əlaqələrinin uzun zamandır sınaqdan keçmiş möhkəm təməllər üzərində qurulmuş əlaqələr olduğunu bildirərək Pakistanın 2005-ci ildə üzləşdiyi zəlzələ, eləcə də 2010 və 2011-ci illərdə sel basqınlarının fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Pakistan dövlətinə və xalqına göstərdiyi dəstəyi də xatırlatmışdır. Azərbaycan və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində bir birinə göstərdiyi dəstəyin də önəmini qeyd edən aviasiya marşalı Mücahid Ənvər Xan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Çıxışlardan sonra Azərbaycandan dəvət olunmuş sənətçilər, müğənnilər Pərviz Abdullayev, Mehparə Cəfərova və sintezator ifaçısı Ruslan Cabbarovun tədbir boyunca ifa etdikləri Azərbaycan xalq mahnıları və nəğmələri tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır.

Mərasimdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanlarına, həmçinin Azərbaycanın mədəniyyətinə, tarixinə, turizm potensialına və uğurlarına dair müxtəlif videoçarxlar nümayiş etdirilmiş, Azərbaycan həqiqətləri ilə bağlı kitablar, bukletlər, və digər əyani materiallar tədbir iştirakçılarına paylanmışdır. Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır.

“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
BirBank istifadəçiləri onlayn ödənişlər zamanı hədiyyələr qazanacaqlar
Dekabrın 3-də xarici valyutaların manata qarşı məzənnələri
Dekabrın 3-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Beynəlxalq Bankdan alınacaq problemli aktivlər əvəzində əldə edilən əmlakın bölüşdürülməsi qaydası dəyişib
Milli Preventiv Qrupun üzvləri Şəki rayon Psixiatriya Xəstəxanasına başçəkmə həyata keçirib (FOTO)
Dekabrın 4-də manatın dollara qarşı məzənnəsi
Sumqayıtda koronavirusa qarşı nəzarət-profilaktik tədbirlər genişləndirilib (FOTO)
Gəncədə xüsusi karantin rejiminə riayət etməyənlər cərimələnib (FOTO)
Azərbaycan kommersiya banklarının birgə bankomat şəbəkəsi istifadəyə verilib
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var - Sergey Lavrov
Tovuz və Gədəbəyin kəndlərində içməli su layihələri icra edilir (FOTO)
Ermənistan müxalifəti Paşinyanın yerinə vahid namizədini açıqladı
Qarabağ razılaşması Türkiyə-Ermənistan münasibətlərinə müsbət təsir edə bilər - Mövlud Çavuşoğlu
Koreya hökuməti ölkəmizə Səyyar COVID - 19 Müayinə Köşkləri ianə edib (FOTO)
Yelo Bank «Yelo school» sosial layihəsinin ikinci hissəsinə start verdi
Qobustanda virusun yayılmasına şərait yaradan iki COVİD-19 xəstəsi saxlanılıb
Pərviz Şahbazov 7-ci Beynəlxalq Enerji Forumu - Beynəlxalq Qaz İttifaqı Nazirlərinin Qaz Forumunda iştirak edib
Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi tarixi hadisədir - Deputat
Bakıda evi tərk edən COVİD-19 daşıyıcıları saxlanılıb (VİDEO)
Yaşayış yerini tərk edın COVİD-19 daşıyıcısana cinayət işi açıldı (VİDEO)
Bakının şimal girişi yenilənir - RƏSMİ (FOTO)
FAO ilə AQTA arasında növbəti işgüzar görüş keçirilib (FOTO)
Azərbaycanda 4 189 nəfər COVID-19-a yoluxdu, 2 072 nəfər sağaldı, 40 nəfər vəfat etdi
FHN Bakıda yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkarladı (VİDEO)
UNEC brendi Gürcüstanda da tanındı
Biz münaqişədən sonrakı yenidənqurma və bərpa mərhələsinə qədəm qoyuruq - Ceyhun Bayramov (FOTO)
"Thales" Azərbaycanın azad edilmiş ərazilərində bütün dəmiryol layihələrini dəstəkləyəcək
Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq - SƏRƏNCAM
Sabah saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək - SƏRƏNCAM
Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb - Hüseyn Altınalan
Süni intellekt texnologiyaları ilə bağlı xüsusi qanunlar qəbul edilməlidir - AMEA-nın vitse-prezidenti
Xətaidə ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb
Azərbaycanda ilk yüksək texnologiyalı protezlər hazırlanıb (FOTO)
İranda koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib
Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN
Bakıda 20 mindən artıq ağacın əkilməsi nəzərdə tutulub (FOTO)
Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək - Müdafiə Nazirliyi
Laçın və Kəlbəcərə komendantlar təyin edildi - RƏSMİ
10 noyabr razılaşması Cənubi Qafqazda sülh və sabitliyi təmin edəcək - Ceyhun Bayramov
Prezident İlham Əliyev xalqın maraqlarını hər şeydən üstün tutub - Deputat
Müdafiə Nazirliyi itkin düşmüş və hazırda müalicə olunan hərbi qulluqçularımızın sayını açıqlayıb
Ərdoğanın Azərbaycana səfərinin tarixi məlum oldu
ATƏT sədri: Qarabağla bağlı öhdəliklərimizi yerinə yetirmək vaxtı çatıb
Vətən müharibəsində 2783 hərbi qulluqçumuz şəhid olub - MN
Bakı-Kiyev çarter reysləri açılır
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)
Prezident İlham Əliyev noyabrın 8-inin Zəfər Günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb
Zəfər Gününün təsis edilməsi haqqında sərəncam ləğv edilib
ATƏT dərin böhran keçirir - Qurumun sədri
Şəkidə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi barədə araşdırmalara başlanılıb
“Qazax Sement Zavodu” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat
GUAM PA komitələrinin birgə iclasında Qarabağ məsələsi müzakirə edilib
Cəlilabad və Masallıda daha 2 koronavirus xəstəsi saxlanılıb (FOTO)
Belçika parlamentində ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç oldu - Səfirlik
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək - Prezident Administrasiyası
“Twitter” təhqirlə bağlı qaydaları sərtləşdirib
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN (FOTO)
Pandemiya 32 milyondan çox insanın ifrat yoxsulluq həddinə çatmasına səbəb olacaq
Türkiyədən Azərbaycana polad ixracı azalıb
Sabahın hava proqnozu açıqlanıb
Prezidentə məktublar: Yazdığınız Qarabağ salnaməsinin sevinci hər kəsə qürur hissi bəxş edir
Laçının Hüsülü və Malıbəy kəndləri (VİDEO)
Zəngilanda yük maşını aşıb, sürücü ölüb
Qarabağ münaqişəsi birdəfəlik həll edildi - Tarixçi alim
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Zəngilanda növbəti dəfə 400 tut ağacı əkildi (FOTO)
Rusiyada koronavirusa 28 mindən çox şəxs yoluxdu
Əslində Minsk qrupu münaqişəni həll etmək istəməyib - Detallar indi üzə çıxır
Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək
Qarabağdakı kəhrizlərin əksəriyyəti dağıdılıb və ya qəsdən çirkləndirilib - AMEA-nın vitse-prezidenti
ABŞ-da "Qarabağ Azərbaycandır!" şüarı yazılmış lövhə quraşdırılıb (FOTO)
İlahiyyat İnstitutunun rektoru Avropa Şurası İşçi qrupunun iclasında iştirak edib (FOTO)
Müdafiə naziri Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
“AccessBank” “The Banker” tərəfindən “İlin bankı” seçilib
Azərbaycanda şəhid ailələrinə dəstək üçün 'Bir millət, bir ürək' təşəbbüsü
Xankəndi şəhəri Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına aiddir - Nazirlik
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb
Azərbaycan nefti bahalaşıb
Baş infeksionist evdə müalicə olunan xəstələrə xəbərdarlıq edib
Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin sayı azalıb
Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir
Bakı Ali Neft Məktəbində Cenevrə Biznes Məktəbi ikili diplomlu MBA proqramı uğurla davam edir (FOTO)
Ağdamda erkən dəmir dövrünə aid saxsı məişət əşyaları aşkarlanıb
Şabranda COVİD-19 xəstəsi saxlanılıb
Ermənilərin torpaqlarımızda törətdiyi yanğınlar heyvanların sayının kəskin azalmasına səbəb olub
Yerevanda zavod yanıb
Azərbaycanın peyk xidmətlərinin ixracından gəlirləri artıb
Ötən gün evi tərk edən 2 koronavirus xəstəsi həyatını itirib
"Azərişıq" elektrik enerji itkilərini azaldıb
Bütün xəbərlər