...

Bakıda paradla bağlı yollarda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Cəmiyyət Materials 26 İyun 2018 11:40 (UTC +04:00)
Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət artıq başa çatıb.
Bakıda paradla bağlı yollarda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət artıq başa çatıb.

Trend-in məlumatına görə, hazırda paytaxtın bütün üçə və prospektləri avtomobillərin hərəkəti üçün açıqdır.

Qeyd edək ki, iyunun 24-dən başlayaraq paytaxtda hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.

Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti