...

Yaşı 14-dək olan uşaqlar üçün qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR tətbiq ediləcək

Cəmiyyət Materials 12 İyul 2018 13:26 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər müəyyənləşib.

Trend-in məlumatına görə, bu tələblər “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nda öz əksini tapıb.

Həmin tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.1-ci yarımbəndində (BFMQƏ-nin tərkibində 14 yaşdan yuxarı böyüklər üçün qidaya əlavə olunan bioloji fəal maddələrin gündəlik istehlak miqdarı və enerji dəyəri göstərilməklə siyahısı) nəzərdə tutulmuş siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir.

Bioloji fəallığa malik qida əlavələrinin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.

Bioloji fəallığa malik qida əlavələrinin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır.

Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə vitamin və mineral maddələrin Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.2-ci yarımbəndində ( BFMQƏ-nin istehsalında istifadə olunan vitaminlərin, vitaminəbənzər maddələrin və mineral maddələrin formalarının siyahısı) nəzərdə tutulmuş siyahıda göstərilən təsiredici maddə formalarında və dozada daxil edilməsinə yol verilir.

Qaydada göstərilən tələblərə görə, 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan bioloji fəallığa malik qida əlavələrinin tərkibinə daxil olan vitamin və mineral maddələrin miqdarı SN-nin təsdiq etdiyi və bu Qaydanın 3.10.2-ci yarımbəndində nəzərdə tutulmuş siyahıda göstərilən həddin 50 faizini təşkil etməlidir.

Bioloji fəallığa malik qida əlavələrinin və dərman vasitələrinin tərkibi eyni və ya bu məhsulun komponentlərinin dozaları onun yol verilən istifadə səviyyəsindən yuxarı ola bilməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti