...

ADNSU-nun rektoru bir qrup KİV nümayəndəsi ilə görüşüb

Cəmiyyət Materials 20 İyul 2018 17:16 (UTC +04:00)
Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb.
ADNSU-nun rektoru bir qrup KİV nümayəndəsi ilə görüşüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Milli Mətbuat Günü münasibətilə bir qrup KİV nümayəndəsi ilə görüşüb.

Trend-in məlumatına görə, Milli Mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə jurnalistləri təbrik edən rektor, professor M.Babanlı öz peşəsini şərəflə yerinə yetirən media nümayəndələrini ADNSU-da görməkdən çox şad olduğunu bildirib.

KİV nümayəndələrinə universitetdə həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verən M.Babanlı ADNSU-da görülən işlərin cəmiyyətə çatdırılmasında medianın böyük rolu olduğunu qeyd edib. ADNSU-da yaradılan şəffaf mühit barədə danışan rektor bu istiqamətdə aparılan işlərdə medianın hər zaman universitetə dəstək olduğunu vurğulayıb.

Tədbirdə iştirak edən media mənsubları da öz növbəsində rektor M.Babanlıya Milli Mətbuat günü münasibətilə təşkil olunmuş görüşə görə təşəkkürlərini bildiriblər. KİV nümayəndələri ADNSU-da aparılan islahatlar sayəsində universitetin cəmiyyətdə olduqca müsbət imicinin formalaşdırıldığını qeyd ediblər. Media mənsubları ali məktəbin fəaliyyəti barədə informasiyanın cəmiyyətə çatdırılması işində bundan sonra da yaxından iştirak etməyə hazır olduqlarını vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti