...

İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 23 İyul 2018 14:05 (UTC +04:00)
İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.
İyulun 25-də UFAZ-a qəbul imtahanı keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

İyulun 25-də Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək.

Trend-in məlumatına görə, bunu UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov deyib.

Onun sözlərinə görə, imtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.

UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir.

UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin qəbulu nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti