...

Azərbaycanlı gimnast Nərminə Səmədova öz çıxışından razı qalıb

Cəmiyyət Materials 13 Avqust 2018 00:49 (UTC +04:00)
Hər şeydən çox Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir
Azərbaycanlı gimnast Nərminə Səmədova öz çıxışından razı qalıb

Bakı. Cani Babayeva - Trend:

Hər şeydən çox Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir. Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin 2003-2005-ci il təvəllüdlü gimnastları arasında gürzlər ilə hərəkətlərdə birinci yeri tutan "Ocaq Sport" klubunun üzvü Nərminə Səmədova bildirib.

N.Səmədova deyib: "Milli Gimnastika Arenası rahatdır, böyük zalı var. Burada çox sayda tamaşaçı var və onları azarkeşlik etməsi çıxış etməyimizi asanlaşdırır".

Nərminə Səmədova yarışlarda çıxışından razı qalıb, lakin hesab edir ki, bəzi hərəkətləri daha yaxşı yerinə yetirə bilərdi: "Top, halqa və gürzlər ilə hərəkətlərdə çıxışımdan razıyam, lakin lentlə hərəkətlərdə daha yaxşı çıxış edə bilərdim. Böyük uğurlar qazanmaq üçün çalışmağa davam edəcəm".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.

Bu gün 2008-2010-cu il təvəllüdlü gimnastların alətsiz və topla qrup yarışları, 2006-2007-ci il təvəllüdlü gimnastların lentlə qrup yarışları və 2003-2005-ci il təvəllüdlü gimnastların halqa, top, gürzlər və lentlə hərəkətlərdə final çıxışları baş tutub.

Yarışlarda Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "AyUlduz" Klubu, Sərhədçi İOM, Respublika Kompleks İdman Məktəbi, "Zirvə" İdman Klubu, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən ümumilikdə 117 gimnast çıxış edib.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fleşmoblar da təşkil olunub.

Xəbər lenti

Xəbər lenti