...

Maqsud Məmmədovun məzarı ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2018 13:00 (UTC +04:00)
“ALYANS” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin İdarə heyətinin üzvləri “ALYANS”-ın ilk sədri və Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı Maqsud Əlövsət oğlu Məmmədovun qəbrini ziyarət ediblər.
Maqsud Məmmədovun məzarı ziyarət olunub (FOTO)

Bakı. Trend:

“ALYANS” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin İdarə heyətinin üzvləri “ALYANS”ın ilk sədri və Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı Maqsud Əlövsət oğlu Məmmədovun qəbrini ziyarət ediblər.

Trend-in məlumatına görə, mərhumun məzarı önünə əklillər qoyulub və onun əziz xatirəsi yad edilib. Ziyarətçilər M.Məmmədovun fəaliyyəti və onun Azərbaycan xüsusi xidmət orqanlarının inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, M.Məmmədov hər zaman Azərbaycana sonsuz sevgi bəsləyib, Vətən yolunda hər zaman böyük fədakarlıqlar göstərib.

Qeyd edək ki, “ALYANS” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi öz ətrafında 600-dən çox üzvü birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti