Bakı. Cani Babayeva - Trend:
"Məşqçi hərəkətləri təmiz yerinə yetirdiyimi deyir".
Bu barədə Trend-ə "GymBala" bədii gimnastika üzrə beynəlxalq turnirində 2012-ci il təvəllüdlü gimnastlar arasında topla hərəkətlərdə 2-ci yeri, çoxnövçülükdə isə 3-cü yeri tutan Aygül Abbasova bildirib.
A.Abbasova deyib: "Gymbala" beynəlxalq turnirində medal qazandığıma görə çox şadam. Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir - buranın zalı gözəldir və tamaşaçılar çox yaxşı dəstəkləyirlər".
Qeyd edək ki, avqustun 18-i Milli Gimnastika Arenasında "GymBala" bədii gimnastika üzrə beynəlxalq turniri start götürüb.
Beynəlxalq turnir avqustun 19-dək davam edəcək.