...

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Cəmiyyət Materials 4 Sentyabr 2018 11:28 (UTC +04:00)
2018/2019-cu tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.
Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Bakı. Trend:

2018/2019-cu tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, ixtisas seçiminə ümumi balı 30-dan, Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Tam orta təhsil səviyyəsini ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanındakı (11-ci siniflər üzrə) nəticələri əsasında iştirak edirlər.

Sentyabrın 5-dək internet vasitəsilə aparılan ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olunmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanındakı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti