...

YAP-a üzvlük üçün ərizə vermiş ƏƏSMN əməkdaşlarına partiya vəsiqələri təqdim olunub (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2018 11:05 (UTC +04:00)
YAP-a üzvlük üçün ərizə vermiş ƏƏSMN əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.
YAP-a üzvlük üçün ərizə vermiş ƏƏSMN əməkdaşlarına partiya vəsiqələri təqdim olunub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmuş nazirlik əməkdaşlarına partiya vəsiqələri təqdim olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bugünkü fəaliyyətindən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. O, diqqətə çatdırıb ki, son 15 ildə YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni nailiyyətlər əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir. T.Əhmədov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları partiyanın fəaliyyətində aktiv iştirak etməkdədir.

YAP Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Anar Əliyev kollektivin Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsində siyasətinin, bu sahə ilə bağlı islahatlar proqramının uğurlu icrası üçün səylərini daim artırdığını vurğulayıb.

İclasda YAP-a üzv olmuş 79 nəfərə vəsiqələr təqdim edilib.

Məlumat üçün bildirək ki, sentyabrın 26-da nazirliyin daha 160 əməkdaşı YAP-a üzvlüklə bağlı ərizə təqdim edib. Onlardan 63 nəfəri Yasamal rayon təşkilatına, digərləri isə aidiyyəti işlədiyi və ya qeydiyyatda olduqları ünvanlar üzrə ərazi partiya təşkilatlarına müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti