...

"Az avtomobil çox həyat" devizi altında keçirilən veloyürüşə 200 nəfərdən artıq iştirakçı qoşulub (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2018 16:54 (UTC +04:00)
“Az avtomobil çox həyat” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 7 oktyabr tarixində keçirilən veloyürüş başa çatıb
"Az avtomobil çox həyat" devizi altında keçirilən veloyürüşə 200 nəfərdən artıq  iştirakçı qoşulub (FOTO)

Bakı. Trend:

“Az avtomobil çox həyat” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 7 oktyabr tarixində keçirilən veloyürüş başa çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş Azneft meydanından saat 11-00-da start götürüb, Heydər Əliyev Mərkəzinədək davam edib.

Yürüşdən əvvəl iştirakçılara təhlükəsizlik qaydaları barədə məlumat verilib. ETSN-nin əməkdaşlarının da qatıldığı veloyürüşə 200 nəfərdən artıq iştirakçı qoşulub. Aksiyanın sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən iştirakçılara diplom və təşəkkürnamələr verilib.

Veloyürüşün keçirilməsində məqsəd İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına dair Paris Razılaşmasından irəli gələn öhdəliyin (2030-cu ilə qədər CO2 miqdarının 35 faizə qədər azalma) yerinə yetirilməsinə həm dövlət təşkilatları, həm də özəl sektorun diqqətini cəlb etmək, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Xatırladaq ki, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Dövlət Təhlükəsizlik Xidmətinin, İDEA İctimai Birliyinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin və “İsma bike”-ın iştirakı ilə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti