...

MDB Veteranlar təşkilatlarının Minsk toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2018 15:47 (UTC +04:00)
"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin nümayəndələri MDB Xüsusi Xidmət Orqanlarının Veteranları birliklərinin Minsk şəhərində keçirilən görüşündə iştirak ediblər.
MDB Veteranlar təşkilatlarının Minsk toplantısı keçirilib (FOTO)

Bakı. Trend:

"Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədrinin müavini ehtiyatda olan polkovnik Azər Qarayev və birliyin məsul katibi ehtiyatda olan polkovnik Əliheydər Dadaşov MDB Xüsusi Xidmət Orqanlarının Veteranları birliklərinin Minsk şəhərində keçirilən görüşündə iştirak ediblər.

Trend-in məlumatına görə, görüş çərçivəsində Azərbaycandan olan qonaqlar əvvəllər Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) Minsk Ali kursları adlanan, hazırda isə onun bazasında yaradılan Belarus milli təhlükəsizlik institutunun rəhbərliyi ilə görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti