...

10 mindən artıq tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

Cəmiyyət Materials 24 Oktyabr 2018 18:29 (UTC +04:00)
Onlardan 78 faizi yaşı 70-dən çox olan, yəni ahıl şəxslər, qalanları isə əlilliyi olan insanlardır.
10 mindən artıq tənha ahıl və əlilə evlərində sosial-məişət xidməti göstərilir

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət müəssisələrinin sosial işçiləri tərəfindən hazırda 10784 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial-məişət xidməti göstərilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlardan 78 faizi yaşı 70-dən çox olan, yəni ahıl şəxslər, qalanları isə əlilliyi olan insanlardır. Həmçinin evlərində sosial-məişət xidməti göstərilənlərin 80 fazidən çoxu qadınlardır.

Daimi olaraq əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə sosial işçilər tərəfindən evdə (səyyar) sosial xidmətin göstərilməsi təmin edilir. Sosial işçilər həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti