...

“Hər ailə ağac əksin” aksiyası Binəqədi, Mehdiabad, Zığ və Qalada davam etdiriləcək

Cəmiyyət Materials 10 Noyabr 2018 15:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.
“Hər ailə ağac əksin” aksiyası Binəqədi, Mehdiabad, Zığ və Qalada davam etdiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət başçısının yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya noyabrın 12-də Binəqədi rayonunda və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiya Binəqədi rayonu 99 nömrəli orta məktəbin və Mehdiabad qəsəbəsi icra nümayəndəliyinin qarşısında saat 11:00-dan 13:00-dək, Zığ qəsəbəsində icra nümayəndəliyinin, Qalada isə Qala bələdiyəsinin qarşısında saat 13:00-dan 15:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti