...

Azərbaycanda qoruqların infrastrukturunun müasirləşdirilməsi üzrə təkliflər hazırlanır (ÖZƏL)

Cəmiyyət Materials 27 Noyabr 2018 19:31 (UTC +04:00)
Azərbaycan Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğunun ərazisində müasir infrastrukturun yaradılması üzrə təkliflər hazırlayır
Azərbaycanda qoruqların infrastrukturunun müasirləşdirilməsi üzrə təkliflər hazırlanır (ÖZƏL)

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycan Dövlət Turizm Agentliyi “Yanardağ” qoruğunun ərazisində müasir infrastrukturun yaradılması üzrə təkliflər hazırlayır.

Bunu Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, hazırda “Yanardağ” dövlət tarixi-mədəni və təbii qoruğunun rekonstruksiyası üzrə işlər davam etdirilir.

K.Quluzadə qeyd edib ki, agentliyin strukturuna “Yanardağ”dan əlavə “Atəşgah” Dövlət tarixi-memarlıq qoruğu, “Basqal” Dövlət tarixi-mədəni qoruğu, “Xınalıq” Dövlət tarixi-memarlıq və etnoqrafik qoruğu, “Lahıc” Dövlət tarixi-mədəni qoruğu, Şəkinin “Yuxarı Baş” Dövlət tarixi-memarlıq qoruğu və “Kiş” Dövlət tarixi-memarlıq qoruğu agentliyin strukturuna daxildir. Azərbaycan Prezidenti “Basqal” qoruğunun mövcud vəziyyəti barədə müüvafiq məlumatın, eləcə bu qoruq ərazisində turizm infrastrukturunun inkişafı üzrə təkliflərin hazırlanması barədə sərəncam imzalayıb.

Agentlik rəsmisinin sözlərinə görə, analoji işlər daha beş qoruq ərazisində aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti