...

ABŞ səfirliyi Gəncədə məskunlaşan məcburi köçkünlər üçün ingilis dili kurslarını maliyyələşdirib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2018 20:14 (UTC +04:00)
Layihə 2019-cu ilin iyun ayına kimi davam edəcək
ABŞ səfirliyi Gəncədə məskunlaşan məcburi köçkünlər üçün ingilis dili kurslarını maliyyələşdirib (FOTO)

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı səfirliyi Gəncədə məskunlaşan məcburi köçkünlər üçün ingilis dili kurslarını maliyyələşdirib.

ABŞ Səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin diplomatları, Kəlbəcər İcra Hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri noyabrın 28 Gəncədə məskulaşan Kəlbəcər məcburi köçkünlər icmasınından olan uşaqlar üçün İngilis dili kurslarının rəsmi açılışında iştirak ediblər.

Sözügedən layihə 2019-cu ilin iyun ayına kimi davam edəcək və üç Kəlbəcər məktəbindən olan 45 məcburi köçkün tələbəyə ingilis dili bacarıqlarını inkişaf etməyə imkan yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti