...

FIG prezidenti: Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk

Cəmiyyət Materials 2 Dekabr 2018 09:20 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk.
FIG prezidenti: Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk

Bakı. Elçin Mehdiyev – Trend:

"Biz dünya kuboklarını, çempionatlarını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkür edirik".

Trend-in məlumatına görə, bunu Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe FIG-in Bakıda keçirilən 82-ci Konqresinin açılışında çıxış edərkən deyib.

O, Konqresin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb:

"Əminəm ki, Konqres öz işini uğurla başa çatdıracaq. Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti