...

“Park Cinema”da “Birkart Dolby Atmos” zalı açılıb və “Bamblbi” filminin qapalı premyerası nümayiş olunub (VİDEO/FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2018 02:35 (UTC +04:00)
“Metropark” AVM-də yerləşən “Park Cinema” kinoteatrında iki önəmli hadisə baş verib. “Birkart Dolby Atmos” zalının açılması ilə yanaşı, rejissor Trevis Naytın “Bamblbi” filminin qapalı nümayişi keçirilib
“Park Cinema”da “Birkart Dolby Atmos” zalı açılıb və “Bamblbi” filminin qapalı premyerası nümayiş olunub (VİDEO/FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Metropark” AVM-də yerləşən “Park Cinema” kinoteatrında iki önəmli hadisə baş verib. “Birkart Dolby Atmos” zalının açılması ilə yanaşı, rejissor Trevis Naytın “Bamblbi” filminin qapalı nümayişi keçirilib.

“Park Cinema” Azərbaycanın ən texnologiyalı kinoteatrlar şəbəkəsinin renomesini saxlayır. Şəbəkənin tərkibində və yaxud ailəsində (“Park Cinema”nın əməkdaşları bu termindən daha çox istifadə edir) “Park Bulvar”da yerləşən “LaseR” və “Flame Towers”də fəaliyyət göstərən “IMAX 3D” zallarına daha bir üzv – “Birkart Dolby Atmos” zalı daxil olub. “Dolby Atmos” sistemi tamaşaçıya filmi hərtərəfli hiss etməyə imkan verir. Məhz buna görə “Dolby Atmos”un devizi “Görüntünü eşit” ifadəsidir.

“Park Cinema”nın açılış üçün etdiyi seçim təsadüfi deyil: “Transformerlər” franşızasının prikveli kimi hesab olunan “Bamblbi”nin özəlliklərindən biri məhz səs effektləridir. “Paramount Pictures” kinoşirkəti filmə göstərilən ilkin reaksiya ilə tam razı qala bilər. Çünki “Bamblbi” artıq ilk tamaşaçılarının rəğbətini qazana bilib.
“Tamaşaçı filmdən hərtərəfli həzz almalıdır. Heç bir səs, heç bir kadr, heç bir saniyə onun diqqətindən qaçmamalıdır. Bunun üçün tamaşaçının yeganə köməkçisi texnologiyalar ola bilər” – deyə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev bildirib.

Premyeranın əsas sürprizlərindən biri Bamblbi robotunun gəlməsi oldu. Ajiotaj o qədər yüksək idi ki, filmin posterinin yanında olan balaca bir yerdə qonaqların əksəriyyəti yığışıb. Onlar, filmin əsas qəhrəmanının “canlı performansı”nı gözləmirdilər.

Premyerada qonaq qismində ssenarist və rejissor, Azərbaycanın xalq artisti Ramiz Fətəliyev, aktyor, rejissor, Azərbaycanın xalq artisti Rafiq Əliyev, rejissorlar Teymur Hacıyev və Emin Mirabdullayev, “Parni iz Baku” teatrının aktyoru Azər Məmmədzadə və başqaları çıxış edib.

“Bamblbi” Azərbaycanda geniş yayıma dekabrın 13-də çıxacaq. Biletləri www.parkcinema.az, iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti