...

İlahiyyat İnstitutunda bilik yarışması keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2018 14:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığlı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən tariximi bilirəm” mövzusunda bilik yarışması keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, yarışda Aİİ-nin İlahiyyat fakültəsinin I-III kurs tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə 7 komanda mübarizə aparıb.

Üç turdan ibarət olan yarışda 15 sual səsləndirilib. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi, həmçinin siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illəi və Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı mövzuları əhatə edib.

Münsiflər heyətinin üzvü, Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, İnstitutda TEC-in təşkilatçılığı ilə yarışın keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda, elmə, maarifləndirici yarışlara marağın artırılmasıdır. Vurğulanıb ki, bu yarışma gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmalarına imkan verir.

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komandalar müəyyən edilib, mükafatlandırılıb və sertifikatlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti