...

Azərbaycan “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalında iştirak edib (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2018 00:53 (UTC +04:00)
Rusiya Federasiyasının Həştərxan şəhərində gənc maestroların “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala konserti keçirilib
Azərbaycan “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalında iştirak edib (FOTO)

Bakı. Trend:

Rusiya Federasiyasının Həştərxan şəhərində gənc maestroların “Zolotoy klyuçik” adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala konserti keçirilib.

Trend-in məlumatına görə, konsertdə Rusiya Federasiyası, Azərbaycan, Dağıstan və Qazaxıstandan olan iştirakçılar çıxış ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin “Məkan” rəqs ansamblı konsertdə uğurla çıxış edib. Rəqs ansamblı laureat adını qazanıb və Diplomla təltif edilib.

Xəbər lenti

Xəbər lenti